Azərbaycanın Qəzza Şurasında təmsil olunması Bakıya fəal oyunçu rolunu möhkəmləndirmək imkanı verir

22.01.2026

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


"Bakı beynəlxalq siyasətdə balanslı və praqmatik vasitəçi kimi tanınır, həm İslam dünyası ilə, həm də ABŞ və Avropa ilə etibarlı dialoq qurur".
Newscenter.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə deyib. Onun sözlərinə görə bu, Qəzza kimi həssas məsələlərdə etimadın artırılmasına və Azərbaycan səsinin daha çox eşidilməsinə imkan verir:
"Eyni zamanda, ölkənin münaqişədən sonrakı bərpa və reinteqrasiya təcrübəsi də Şuraya töhfə verə bilər. Qarabağda aparılan infrastruktur bərpası və təhlükəsizlik tədbirləri göstərir ki, sülh yalnız siyasi razılaşmalarla deyil, sosial və iqtisadi tədbirlərlə də dəstəklənməlidir. Bu yanaşma Qəzza kontekstində də praktik dəyər yarada bilər".
Politoloq qeyd edib ki, Azərbaycanın Şurada iştirakı ona yalnız beynəlxalq nüfuzunu artırmaq deyil, həm də qlobal sülh gündəliyində fəal oyunçu rolunu möhkəmləndirmək imkanı verir:
"Bakı burada passiv müşahidəçi deyil, konstruktiv və təşəbbüskar tərəf kimi çıxış edir, regional diplomatiyada çəkisini daha da gücləndirir".
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью