Azərbaycanın qızlardan ibarət U 19 millisi Özbəkistanı məğlub edib

04.02.2026

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama oyununda qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, komanda Daşkənddə Özbəkistanın müvafiq yaş qrupundan ibarət yığmasını 3:2 hesabı ilə məğlub edib.

U-19-un heyətində qolları Ayşən Salamzadə (11, 89) və Mədinə Curuqova (30) vurublar.

Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu fevralın 7-də keçiriləcək.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью