Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2026-cı ildə İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumunun illik toplantısı bir daha sübut etdi ki, qlobal siyasət və iqtisadiyyat yalnız böyük güclərin rəqabət meydanı deyil, eyni zamanda regional aktorların taleyüklü söz demək imkanına malik olduğu platformadır.
Məhz bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davos–2026 Zirvəsində iştirakı ölkənin artan beynəlxalq çəkisini və strateji əhəmiyyətini növbəti dəfə nümayiş etdirdi.
Azərbaycanın Davos gündəliyində yeri Prezident İlham Əliyevin Davosdakı çıxış və görüşləri Azərbaycanın artıq təkcə enerji ixracatçısı deyil, Avrasiya məkanında nəqliyyat, təhlükəsizlik və iqtisadi əməkdaşlıq baxımından əsas qovşaqlardan biri olduğunu göstərdi.
Forum çərçivəsində Prezidentin vurğuladığı əsas tezislərdən biri Azərbaycanın Şərqlə Qərb, Şimalla Cənub arasında etibarlı körpü rolunun daha da möhkəmlənməsidir.
Xüsusilə Orta Dəhliz, Zəngəzur nəqliyyat perspektivi və Cənubi Qafqazın logistika xəritəsində Azərbaycanın mərkəzi mövqeyi Davos auditoriyasına real faktlar və rəqəmlərlə təqdim olundu.
Bu yanaşma Azərbaycanın regional deyil, qlobal tədarük zəncirlərinin ayrılmaz hissəsi olduğunu təsdiqlədi.
Enerji təhlükəsizliyi və yaşıl keçid Davos–2026-da enerji məsələləri yenə də əsas müzakirə mövzularından biri idi.