Azərbaycanın qonşuları əmsallarını artırıblar REYTİNQ

11.07.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın UEFA reytinqindəki "qonşular"ı əmsallarını artırıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu, həftə ərzində keçirilmiş avrokubok oyunlarından sonra gerçəkləşib.

28-ci pillədə qərarlaşan Ukrayna (17,850) aktivinə daha 0,250 əmsal yazdırıb. 30-cu sıradakı Bolqarıstan (16,250) isə daha çoxuna nail olub. Bu ölkədə rəqəm 0,375-dir.

29-cu mövqedəki Azərbaycanda (17,125) isə dəyişiklik olmayıb. Çünki ötən gün Avropa Liqasında mübarizəyə qoşulan "Sabah" I təsnifat mərhələsinin Bakıdakı ilk oyununda Sloveniyanın "Sele" klubuna uduzub - 2:3.

Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (94.839) başçılıq edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью