Azərbaycanın qonşuluğunda dövlət başçısı dəyişdi

04.05.2026

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Rusiya prezidenti Vladimir Putin Sergey Melikovu Dağıstan Respublikasının rəhbəri vəzifəsindən azad edib.

Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, onun yerinə Fyodor Şukin respublika rəhbərinin səlahiyyətlərini müvəqqəti olaraq yerinə yetirmək üçün təyin olunub.

Sergey Melikovun Dağıstanda güclü yağışların yaratdığı ciddi fəsadlara görə istefaya göndərildiyi bildirilir.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью