Azərbaycanın quru sərhədi açılır xaricə sərnişin qatarı işə düşür

01.05.2025

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı-Tbilisi sərnişin qatarının fəaliyyəti mayın sonunda bərpa ediləcək.

Redaktor.az xəbər verir ki, bu barədə Trend-ə Gürcüstan hökumətindəki mənbə məlumat verib.

“Azərbaycan və Gürcüstan arasında Bakı-Tbilisi-Bakı istiqaməti üzrə qatar reysləri may ayının sonunda bərpa ediləcək”, – mənbə bildirib.

Mənbənin sözlərinə görə, dəqiq tarix hələki məlum deyil, bu istiqamətdə tərəflər arasında danışıqlar davam edir.

Medianews.az xatırladır ki, 2020-ci il martın 31-dən koronavirus infeksiyasına görə tətbiq olunmuş xüsusi karantin rejimi ölkəyə giriş-çıxışa məhdudiyyət qoyur – quru sərhədlər bağlıdır. 2025-ci il martın 18-də Nazirlər Kabineti xüsusi karantin rejimini iyulun 1-dək uzadıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью