Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə siyasi, iqtisadi və nəqliyyat əlaqələrini son illərdə daha da genişləndirməsi Bakının regiondakı roluna dair yeni müzakirələr yaradıb. Xüsusilə Orta Dəhlizin inkişafı, Xəzər üzərindən nəqliyyat əlaqələrinin gücləndirilməsi və Mərkəzi Asiya dövlətləri ilə artan siyasi təmaslar Azərbaycanın yalnız tranzit ölkə deyil, regional proseslərdə daha fəal tərəf kimi çıxış etməsi məsələsini gündəmə gətirir.
Politoloq Elçin Xalidbəyli Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan hazırda üç önəmli region üçün strateji açar dövlət statusu qazanmağa başlayıb.
Onun sözlərinə görə, hələ ki, Cənubi Qafqaz, Xəzəryanı region və Orta Asiya Azərbaycanın artan rolunun hiss olunduğu məkanlar kimi diqqət çəkir:
“Çünki Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycan bu üç region üçün əsas strateji coğrafi məkan olaraq ön planda yer alacaq. Xüsusilə də geoiqtisadi, geosiyasi və geostrateji layihələrin hər birində Azərbaycan avanqard dövlət kimi öz siyasi iradəsini daha fəal şəkildə ortaya qoymaq imkanları əldə edir.
Əslində, Zəngəzur dəhlizinin açılmasına qədər də bu proses müəyyən formada davam edib. Çünki Azərbaycanın nəqliyyat-kommunikasiya və logistika infrastrukturu Orta Asiya dövlətləri üçün Qərbə açılan əsas, etibarlı və perspektivli pəncərə rolunu oynayır. Bu səbəbdən Orta Asiya ölkələri Azərbaycanla əlaqələri daha da genişləndirməyə maraq göstərirlər.
Bir müddət əvvəl Azərbaycan Orta Asiya ölkələrinin sammitinə dəvət olunmuşdu. Eyni zamanda, Azərbaycanın ayrı-ayrı Orta Asiya ölkələri ilə ikitərəfli münasibətləri də yüksələn xətt üzrə inkişaf edir.
Yəni hazırda Azərbaycan həm Avropa ölkələri, həm də Asiya ölkələri üçün bütövlükdə strateji əhəmiyyət daşıyan bir ölkədir. Yalnız Orta Asiya deyil, bütövlükdə Asiya ölkələri üçün Azərbaycan artıq strateji əhəmiyyət daşıyan ölkəyə çevrilməkdədir.
Çin üçün iqtisadi-ticari baxımdan Azərbaycan strateji əhəmiyyət daşıyan ölkələrdən biridir. Xüsusilə Çindən Qərbə yükdaşımalar baxımından Azərbaycan Çin üçün strateji əhəmiyyət daşıyır.
Yəni bütün bunları nəzərə alanda hesab etmək olar ki, Azərbaycan artıq həm Cənubi Qafqaz üçün, həm Xəzəryanı region üçün, həm də Orta Asiya və bütövlükdə Asiya qitəsi üçün nəhəng və əvəzolunmaz nəqliyyat-kommunikasiya və logistika habına çevrilməkdədir. Yaxın gələcəkdə bu, Azərbaycanın maliyyə gəlirlərinin artmasına, iqtisadi inkişafının sürətlənməsinə və gələcək potensialının genişlənməsinə şərait yarada bilər”, - deyə politoloq fikrini tamamlayıb.
Nuray Paşşanlı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Politoloq Elçin Xalidbəyli Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan hazırda üç önəmli region üçün strateji açar dövlət statusu qazanmağa başlayıb.