Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şəbnəm ZEYNALOVA,siyasi elmlər üzrə fəlsəfə doktoru Azərbaycan müasir dövrün tələbələrinə uyğun olaraq həm ənənəvi diplomatiya, həm də rəqəmsal diplomatiyanı mükəmməl şəkildə birləşdirib.
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz, xüsusilə də rəqəmsal diplomatiya sahəsində yeni və kreativ yanaşmalarla fərqlənir.
Azərbaycan yalnız regional diplomatiya ilə kifayətlənmir, həmçinin qlobal miqyasda da öz mövqeyini rəqəmsal vasitələrlə təqdim edir.
Bütün bunlar, ölkəmizin müasir geosiyasi şəraitdə daha təsirli rol oynamaq üçün atdığı mühüm addımlardır.
Dövlət başçısının rəqəmsal diplomatiyaya yanaşması müasir dövrün tələblərinə cavab verir.
O, diplomatiyanın yalnız ənənəvi formalarından ibarət olmadığını bilir və ölkəmizin qlobal təsirini artırmaq üçün rəqəmsal alətlərdən istifadəni müsbət qiymətləndirir.
Məsələn, Prezidentin ictimaiyyətlə əlaqələrində sosial medianın rolu çox önəmlidir.