Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
“Azərbaycanın qabaqcıl rəqəmsal dövlət məhsulları beynəlxalq səviyyədə diqqətlə araşdırılır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyətinə dair illik mətbuat konfransında qurumun İdarə heyətinin sədri Fərid Osmanov deyib.
Onun sözlərinə görə, Afrikanın müxtəlif ölkələrindən 50-dən çox xarici nümayəndənin iştirakı ilə Azərbaycanın rəqəmsal təcrübəsinə həsr olunmuş sessiyalar keçirilib. Bu çərçivədə Azərbaycanın qabaqcıl rəqəmsal dövlət məhsulları olan myGov, myGov ID, Rəqəmsal Sənəd Dövriyyəsi və digital.bridge platformaları Afrika qitəsi ölkələri tərəfindən araşdırılıb.
Bildirilib ki, Afrikanın 18-dən çox ölkəsi ilə danışıqlar aparılıb, ikitərəfli görüşlər baş tutub. Görüşlər zamanı Azərbaycan təcrübəsinin digər ölkələrdə tətbiqi imkanları və rəqəmsal dövlət quruculuğu sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.
Zeynəb Rzayeva