Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Azərbaycanın əsas ambisiyası rəqəmsal xidmətləri daha proaktiv etməkdir.
525.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov Azərbaycan-İtaliya biznes forumu çərçivəsində panel müzakirələrdə deyib.
Onun sözlərinə görə, Agentlik bu gündəliyi hökumət qurumları ilə əməkdaşlıq çərçivəsində irəli aparır: "Süni intellektin böyük potensialı var. Bu gün süni intellekt yalnız optimallaşdırma deyil, proseslərə böyük səmərəlilik və effektivlik gətirir. O, həm də iqtisadiyyatımız üçün böyük imkan yaradandır. Beləliklə, biz inanırıq ki, infrastruktur, insan resursları və vətəndaşlara və biznes subyektlərinə xidmət göstərən proseslərin optimallaşdırılması baxımından süni intellektin tətbiqi çox vacibdir".
F.Osmanov bildirib ki, istehsalat prosesində süni intellektin böyük potensialı var: "İnnovasiya sahəsində digər müvafiq dövlət orqanları ilə əməkdaşlıq çərçivəsində biz böyük qanunvericilik islahatına nail olduq və 2027-ci il yanvarın 1-dən Azərbaycan beynəlxalq şirkətlərin gəlib burada yerləşə biləcəyi, Azərbaycan vasitəsilə xidmətlər göstərə biləcəyi, Azərbaycanın imkanlarından sınaq meydançası kimi istifadə edə biləcəyi, həmçinin Azərbaycandan İKT ixracını artıra biləcəyi bir yer olacaq. Beləliklə, bu, beynəlxalq şirkətlərə 20 il vergi tətili, işçilər üçün, gəlir vergisi üçün, korporativ vergi üçün və digər vergi güzəştləri də təmin edəcək, çünki biz Texnopark rezidentliyini proqram təminatının hazırlanmasından əşyaların interneti, avadanlıqların yığılması, süni intellekt, ümumiyyətlə kibertəhlükəsizliyin tətbiqinə qədər genişləndirdik. Mən həmçinin fikirlərimi bölüşər və İtaliya şirkətlərini Azərbaycan bazarına öz bizneslərini aparmaq üçün növbəti istiqamət kimi baxmağa çağırardım".