Azərbaycanın rəqiblərinin harada qarşılaşacaqları bəlli olub

09.05.2025

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Futbol üzrə Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəki rəqibi Ukrayna komandasının yarışa harada başlayacağı bəlli olub.

İdman.biz xəbər verir ki, Sport.ua saytının əldə etdiyi məlumata görə, ukraynalılar sentyabrın 5-də ilk matçda fransızları Polşada qəbul edəcəklər.

Gələn həftənin sonunda oyunun keçiriləcəyi şəhər müəyyənləşəcək.

Sergey Rebrovun yetirmələri iyunda Torontoda beynəlxalq turnirdə Kanada və Yeni Zelandiya yığmaları ilə qüvvələrini sınayacaq.

Payızın ilk ayında isə Ukrayna yığması daha bir oyun keçirəcək: sentyabrın 9-da səfərdə Azərbaycanla qarşılaşacaq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью