Azərbaycanın Rusiyadakı səfiri diaspor nümayəndələri ilə görüşdü | Icma.az
Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Noyabrın 9-da Azərbaycanın Moskvakı səfirliyində səfir Rəhman Mustafayev Rusiya azərbaycanlılarının 30-dan çox regional təşkilatının rəhbərləri ilə görüşüb.
Publika.az xəbər verir ki, görüş zamanı Rusiyada yaşayan azərbaycanlıların qarşılaşdığı aktual problemlər müzakirə edilib.
Tərəflər həmçinin iqtisadi və humanitar sahələrdə Azərbaycan – Rusiya layihələrinin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar, iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi prosesində Azərbaycan icmasının rolunun artırılmasının vacibliyini vurğulayıblar.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu