Azərbaycanın Rusiyaya yeni təyin olunmuş səfiri etimadnaməsini Putinə təqdim etdi

05.11.2024

Icma.az, Sfera.az saytına istinadən bildirir.

Azərbaycanın Rusiyaya yeni təyin olunmuş səfiri Rəhman Mustafayev etimadnaməsini Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təqdim edib.

Sfera.az xəbər verir ki, bu gün Böyük Kreml sarayının Aleksandrovski zalında xarici ölkələrin Rusiyaya yeni təyin olunmuş səfirlərinin etimadnamələrini ölkə prezidentinə təqdimetmə mərasimi keçirilib.


Putin Azərbaycan, Belarus, Ermənistan, İsrail, İtaliya, Kanada və Yaponiya daxil olmaqla 28 ölkənin yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью