Azərbaycanın sabiq dövlət katibinin oğlu həbs edilib

25.11.2025

Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Mirheydər İsmayılov və onunla birgə ittiham edilən digər şəxslərin məhkəmə prosesi keçirilib.

AzPost APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Mirheydər İsmayılova 8 il, Murad Həziyevə 10 il 6 ay cəza, Emil Rəsulov, Samir İbrahimov, Zamiq Əbdürrəhmanov, Murad Həziyevə 1 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Səbinə İsmayılovaya cəza təyin edilməyib.

Təqsirləndirilən şəxslər 1 milyon manata yaxın vəsaiti dələduzluqla ələ keçirməkdə təqsirli biliniblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.4-cü (Dələduzluq, xüsusilə külli-miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.

Mirheydər İsmayılov Azərbaycanın 1-ci dövlət katibi, mərhum akademik Tofiq İsmayılovun oğludur.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью