Azərbaycanın səfiri Türkiyə XİNin Suriya üzrə İdarə rəisi ilə görüşüb

24.12.2024

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyə Xarici İşlər Nazirliyinin Suriya üzrə İdarə rəisi Mustafa Yurdakulu ilə görüşüb.

APA xəbər verir ki, bu barədə səfir “X” platformasındakı paylaşımında bildirib.

Səfir görüşün çox məhsuldar keçdiyini qeyd edib: "Biz Suriyaya humanitar yardımla bağlı Azərbaycan və Türkiyə arasında birgə fəaliyyət imkanlarını müzakirə etdik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью