Azərbaycanın şərab milyonçuları: Bir ildə 12 milyon manat

09.01.2025

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda alkoqollu və alkoqolsuz içki istehsalı ilə məşğul olan A+Co ASC (Xırdalan Şərab Zavodu) sahibinə 12 mln. manata yaxın dividend ödəyib.

Milli.Az-ın əldə etdiyi məlumata görə, ASC yeganə səhmdarı olan Nəbiyev Elbrus Ənvər oğluna 2023-cü ildə 11 milyon 728 min manat məbləğində dividend ödəyib.

Qeyd edək ki, Elbrus Nəbiyev həmçinin, "Diadem" ASC tikinti şirkətinin əsas səhmdarıdır (75% pay).

Xatırladaq ki, A+Co ASC 1997-ci ildə dövlət qeydiyyatına alınıb, onun nizamnamə kapitalı 10 min manat, qanuni təmsilçisi isə Xanoğlan Məsim oğlu Qasımovdur.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью