Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın iştirakı mühüm əhəmiyyət daşıyır və təsadüfi deyil ki, ölkəmizin bu platformada fəallığı xüsusi diqqət çəkir. Prezident İlham Əliyev artıq üçüncü dəfədir ki, ŞƏT sammitlərində iştirak edir. Hazırda Azərbaycanın təşkilatdakı statusunun daha da yüksəldilməsi məsələsi gündəmdədir. Bunu AZƏRTAC-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.