Azərbaycanın sığorta bazarı 10 %dən çox böyüyüb

24.12.2024

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 1 milyard 222,166 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 10,3 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 694,053 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 39,5 % çoxdur.

11 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 56,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 44,9 manat olub.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью