Azərbaycanın sığorta bazarı 6% dən çox böyüyüb

24.09.2026

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda sığorta şirkətlərinin yığımlarının həcmi 1 milyard 115.4 milyon manat olub.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 6,4% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 773.2 milyon manat təşkil edib. Bu göstərici illik müqayisədə 28,1% çoxdur.

Qeyd edək ki, bu dövrdə sığorta bazarının zərərliliyi artıb. Belə ki, ilin ilk 8 ayında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 69.3 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 57.5 manat olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью