Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda sığorta şirkətinin yığımlarının həcmi 1.006.409 min manat olub.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 7,3% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 671.436 min manat təşkil edib. Bu göstərici illik müqayisədə 26,9% çoxdur.