Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanın smartfon bazarında 2026-cı ilin oktyabr ayında Cənubi Koreyanın markası “Samsung”un bazar payı azalaraq sentyabr 40,96%-dən 38,06%-ə enib.
Banco.az bu barədə "statcounter"ə istinadən xəbər verir ki, “Samsung”un bazar payı ötən ilin oktyabr ayında isə 24,55% olub.
Məlumata görə, ötən ay Apple-in payı 17,58%, Xiaomi-nin 27,58%, Honor-un 2,96%, Huawei-nin 2%, Realme 0,28%, Oppo 0,4% təşkil edib.
Qeyd edək ki, qlobal smartfon bazarında 2026-cı ilin oktyabr ayında ən çox paya malik marka isə "Apple" (27,57%) olub.
Bizi sosial şəbəkələrdən izləyin!!