Azərbaycanın standartlaşdırma sistemində yeni mərhələ başlayır

16.10.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Azərbaycanın 2026-cı il yanvarın 1-dən IEC-nin (Beynəlxalq Elektrotexniki Komissiya — International Electrotechnical Commission) assosiativ üzvü olması milli standartlaşdırma sisteminin beynəlxalq texniki bilik və təcrübə mübadiləsində iştirak imkanlarını genişləndirir. 
Bizim.Media xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini İlqar Həsənov bildirdi.
 

Onun sözlərinə görə, bu əməkdaşlıq çərçivəsində standartlara çıxış, texniki komitələrin fəaliyyətində iştirak və beynəlxalq təcrübənin öyrənilməsi ölkəmizdə müvafiq sahələrin inkişafına töhfə verə bilər.


Qarşıdakı dövrdə standartlaşdırma sahəsində fəaliyyətin ölkənin iqtisadi prioritetləri nəzərə alınmaqla davam etdirilməsi nəzərdə tutulur.
Bu çərçivədə rəqəmsallaşma, süni intellekt, yaşıl iqtisadiyyat, yaşıl enerji, ətraf mühitin qorunması, resurslardan səmərəli istifadə, o cümlədən enerji səmərəliliyi sahələrində standartların qəbul edilməsi və təşviqi planlaşdırılır. 
Agentlik standartların əlçatanlığının təmin edilməsi və təşviqi ilə onların dövlətə, cəmiyyətə, sahibkarlığa və ölkə iqtisadiyyatına töhfə verməsi üçün tədbirlərin görülməsini damam etdirəcək.
IEC elektrik, elektronika və əlaqəli texnologiyalar sahəsində beynəlxalq standartların hazırlanması ilə məşğul olan əsas təşkilatlardan biridir.
Təşkilatın məlumatlarına əsasən, onun beynəlxalq şəbəkəsi təxminən 170 ölkəni əhatə edir və 30 mindən çox ekspertin iştirakını birləşdirir.
Şəfiqə Şəfa, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью