Azərbaycanın stolüstü tennisçiləri Çinə yollanıblar

10.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Azərbaycanın stolüstü tennisçiləri növbəti təlim-məşq toplanışında iştirak edəcəklər.

“Cebheinfo.az”ın məlumatına görə, seçmə komandanın üzvləri bu məqsədlə Çin Xalq Respublikasına yollanıblar.

Şəbnəm Mansurova, Banu Baytallı, Onur Quluzadə və Tunar Bağırov baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Şanxay şəhərində, Mərziyyə Nurmətova, Arzu Aslanova, Aylin Əsgərova və Yağmur Məmmədli isə, məşqçi Səbinə Əzizlinin rəhbərliyi ilə Hebey şəhərində yerləşən stolüstü tennis mərkəzində hazırlıq keçəcək.

Toplanışlar noyabrın 27-də yekunlaşacaq.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью