Azərbaycanın stolüstü tennisçiləri Türkiyədə beynəlxalq yarışa qatılıblar

12.02.2025

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın stolüstü tennisçiləri Türkiyənin Nevşehir şəhərində “WTT Youth Contender” beynəlxalq turnirinə qatılıblar.

Bu barədə "Report"a Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yarışda millinin məşqçiləri Ramil Cəfərov və Səbinə Əzizlinin rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədli mübarizə aparır.

Turnirə fevralın 17-də yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью