Azərbaycanın strateji valyuta ehtiyatları artıb

17.09.2025

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.


Bu ilin əvvəlindən Azərbaycanın strateji valyuta ehtiyatları 6,7 milyard ABŞ dolları artaraq 77,7 milyard dollara çatıb.

Bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov deyib.
O bildirib ki, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neftin orta qiyməti 70,7 ABŞ dolları, təbii qazın isə min kubmetrinin qiyməti isə 301 ABŞ dollar təşkil edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью