Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanın strateji valyuta ehtiyatları bu ilin yanvar-iyun aylarında 0.8% artaraq 85.8 milyard ABŞ dollar səviyyəsinə çatıb.
Banco.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Sədrin sözlərinə görə, bu, ilin əvvəlindən 700 milyon ABŞ dolları artım deməkdir: "Bu ehtiyatlar 40 aylıq idxala kifayət edir və geniş pul kütləsini (M2 aqreqatı) 3,4 dəfə üstələyir".
Bizi sosial şəbəkələrdən izləyin!!