Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 18 dəfəyə yaxın üstələyib

04.02.2026

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

2026-cı ilin 1 yanvar tarixinə Azərbaycanını strateji valyuta ehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı) 85,1milyard ABŞ dolları məbləğində olmaqla xarici dövlət borcunu təqribən 17,7 dəfə üstələyir.

Bu barədə “AzPolitika” Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, 2026-cı il 1 yanvar tarixinə xarici dövlət borcu 4.813,5 milyon ABŞ dolları və ya 2025-ci il üzrə 129.094,0 milyon manat (75.937,6 milyon ABŞ dolları) məbləğində faktiki ÜDM-in 6,3 faizini təşkil edib. Xarici dövlət borcu 2025-ci ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 316,2 milyon ABŞ dolları və ya 6,2 faiz azalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью