Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyevin Avrasiya üçün özünəməxsusluq formulu Prezident İlham Əliyev yanvarın 20-də Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilmiş panel iclasda maraqlı məqamlara toxundu.
Yazımızda onlardan biri üzərində dayanacaq, həmçinin, digər əlaqəli məqamlara diqqət yetirəcəyik.
Arayış üçün bildirək ki, Serbiya Prezidenti Aleksandr Vuçiç sözügedən paneldə müasir dünyada müəyyən prinsiplərə riayət edilməməsindən, bunun sülh və sabitliyə vurduğu zərərlərdən söz açmışdı.
Dövlətimizin başçısı isə cənab Vuçiçin dedikləri fonunda mövcud qarışıq durumda vəziyyətdən çıxmağın, hazırkı şokların təsirini yumşaltmağın yollarına dair sualı cavablandırmış, konkret mexanizm üzərində dayanmışdı.
Əvvəla, onu deyək ki, Prezident İlham Əliyev cavabı ilə panelin mövzusundakı Avrasiya anlayışını iki şərti yerə böldü.
Azərbaycan da daxil olmaqla yaşadığımız coğrafiya ayrı, dünya, xüsusən Avropa bir ayrı.
Ölkəmizin liderinin bu mənada dilə gətirdiyi “o, sizin gündəliyinizdən asılıdır” mesajı bir çox mətləblərdən xəbər verir.