Azərbaycanın Suriyadakı səfirliyi bərpa olunacaq XİN

18.01.2025

Anews saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Suriyada Azərbaycan səfirliyinin fəaliyyəti bərpa olunacaq.Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla Bakıda keçirilən birgə mətbuat konfransında çıxışında deyib.

"Uzun müddət Azərbaycanın Suriyada fəaliyyət göstərən diplomatik təmsilçiliyi yox idi. Məlum hadisədən dərhal sonra bu istiqamətdə müvafiq addımlar atıldı.Qısa müddət ərzində Azərbaycan nümayəndə heyəti Suriyada oldu.Orada diplomatik missiyamızın bərpasında niyyətimizi ortaya qoyduq. Ən qısa zamanda səfirliyin fəaliyyəti bərpa olunacaq. Hazırda texniki işlər gedir”,- nazir qeyd edib.
www.anews.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью