Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyət göstərmir Komitə sədrindən AÇIQLAMA

09.12.2024

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyət göstərmir.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.

O qeyd edib ki, ölkəmizin Suriyada səfirliyi, həmçinin Ukraynanın Odessa şəhərindəki baş konsulluğu fəaliyyətini dayandırıb.

Səməd Seyidov Komitənin bugünkü iclasında deyib ki, 2001-ci ildə "Diplomatik xidmət haqqında" qanun qəbul ediləndə Azərbaycanın təxminən 40-a yaxın diplomatik missiyası var idi:

“Bu gün isə 71 səfirlik, 5 daimi nümayəndə, Fələstində 1 təmsilçilik ofisi və 15 konsulluğumuz fəaliyyət göstərir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью