Azərbaycanın taekvondo üzrə yeniyetmələrdən ibarət millisində yeni təyinat gerçəkləşib

14.01.2025

Icma.az, Report.az saytına istinadən bildirir.

Azərbaycanın taekvondo üzrə yeniyetmələrdən ibarət yığma komandasına baş məşqçi təyinatı olub.

Bu barədə "Report"a Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Səbuhi Zülfüqarov millidə baş məşqçi vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, daha əvvəl Elnur Amanov U-21-in baş məşqçisi, Zahid Məmmədov isə böyük məşqçi təyin edilib.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью