Marja.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tanınmış hicab geyimlərinin yerli brendi olan "Turban Moda" satılır.
Marja.az-ın əldə etdiyi məlumata görə, bu məlumatı şirkətin direktoru Validə Hüseynova paylaşıb.
"10 il ərzində sevgi, zəhmət və xəyallarla qurduğumuz şirkət - "Turban Moda"nı bu gün satışa çaxarmaq qərarını verdik. Bu sözləri yazmaq mənim üçün asan deyil. Amma həyat bəzən belə qərarlar tələb edir. Maraqlananalar əlaqə saxlaya bilərlər: 4 mağaza və 1 fabrik", - iş qadını bildirirb.
"Turban Moda" 2016-cı ildən fəaliyyət göstərir. Geyim modellərini şirkətin direktoru Validə xanım hazırlayırdı. Brendin İçərişəhər, Neftçilər, İnşaatçılar və Nərimanov filialları mövcuddur.