Azərbaycanın tanınmış iş adamı və bəstəkarı vəfat etdi FOTO

27.03.2025

Icma.az, Manset saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın tanınmış iş adamı və bəstəkarı vəfat edib.

Manset.az-ın əldə etdiyi məlumata görə, tanınmış iş adamı və bir çox məşhur mahnıların müəllifi bəstəkar Əzim Əzimov vəfat edib.

O, ürək xəstəliyindən Gürcüstanda dünyasını dəyişib. 

Allah rəhmət eləsin!

Qeyd edək ki, Əzim Əzimov biznesman kimi fəaliyyət göstərsə də, o, bir çox gözəl mahnıların müəllifiydi.

Müğənni Nazənin Salayevanın ifa etdiyi məşhur "Dostlar, məni unutmayın" mahnısı ona məxsusdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью