Azərbaycanın tanınmış iş adamı vəfat etdi FOTO

02.12.2024

Manset portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın tanınmış iş adamı vəfat edib.

Manset.az-ın əldə etdiyi məlumata görə, “Tural” (“Sevən ürəklər” şadlıq sarayı) restoranlar şəbəkəsinin sahibi, məşhur iş adamı və xeyriyyəçi Güləhməd Qəribov vəfat edib.

O, uzun sürən onkoloji xəstəlikdən dünyasını dəyişib.

Mərhum Yasamal qəbristanlığında dəfn edilib.

Allah rəhmət eləsin!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью