Azərbaycanın tanınmış jurnalisti vəfat etdi FOTO

09.11.2024

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Tanınmış jurnalist, şair, tərcüməçi Zülfüqar Rüfətoğlu Londonda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Hurriyyet.Az xəbər verir ki, bu barədə APA-ya şairin qardaşı, Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə deyib.

Qeyd edək ki, Z.Rüfətoğlu uzun müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirdi.

Xatırladaq ki, Əhmədzadə Zülfüqar Rüfət oğlu 1958-ci ildə Bakıda anadan olub. "Şirbalanın məhəbbəti" filminin ssenari müəllifi, "Səhər" qəzetinin təsisçilərindən biri, "Mavigözlü ögey ana" kitabının müəllifi, “Qızıl qələm” mükafatı laureatıdır.

Uzun illər "BBC Azərbaycan" xidmətində fəaliyyət göstərib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью