Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11.10.2026

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkə.az xəbər verir ki, bunu Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kulturoloq Aydın Xan bildirib.

Ayaz Vəfalı 1937-ci il aprelin 1-də Azərbaycanın Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra ADU-nun Filologiya fakültəsində təhsil alıb (1954–1959).

Mərhum şair əmək fəaliyyətinə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında başlayıb. Burada texniki katib, ədəbi işçi, tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri, baş redaktorun müavini olub (1960–1976). "Ulduz" jurnalı redaksiyasında ədəbi işçi vəzifəsində işlədikdən sonra (1976–1977), yenidən "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri (1977–1978), məsul katib (1978–1993), baş redaktorun müavini (1993–1996) vəzifələrində çalışıb. 1996–2014-cü illərdə "Ədəbiyyat qəzeti"nin baş redaktoru olub.

Allah rəhmət etsin!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью