Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici bazarlara ümumilikdə 20,6 milyard kubmetr həcmdə, dəyəri 7,4 milyard ABŞ dolları olan təbii qaz satıb.
BAKU.WS-in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 569,3 milyon dollar və ya 8,3% artıb. Həcm baxımından isə ötən illə müqayisədə 690 milyon kubmetr (3,2%) azalma qeydə alınıb.
Hesabat dövründə təbii qaz ölkənin ümumi ixrac strukturunun 34,28%-ni təşkil edib.