Azərbaycanın təcrübəsindən çox istifadə etdik... Yılmaz

10.11.2026

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin görüşləri iki xalq və dövlət arasındakı yaxınlığı bütün dünyaya bir daha nümayiş etdirdi.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz jurnalistlərə açıqlamasında deyib.

O, bu qardaşlıq münasibətlərinin COP31 çərçivəsində də davam edəcəyinə inandığını bildirib və Prezident İlham Əliyevin sammitdə iştirak edəcəyini bildiyini söyləyib.

Türkiyənin vitse-prezidenti, həmçinin Azərbaycan pavilyonunu ziyarət etdiyini, orada nümayəndə heyətinin üzvləri ilə söhbət etmək imkanı qazandığını diqqətə çatdırıb.

C.Yılmaz COP31-ə hazırlıq prosesində Azərbaycanın COP29 təcrübəsindən geniş şəkildə faydalandıqlarını da vurğulayıb:

“COP29-u Azərbaycanın keçirdiyini bilirsiniz. Hazırlıqlarımızı apararkən Azərbaycanın təcrübəsindən çox istifadə etdik. Buna görə də Azərbaycana təşəkkür edirik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью