Azərbaycanın təhvil verdiyi Vaqif evə buraxıldı

02.02.2026

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın Ermənistana təhvil verdiyi Vaqif Xaçatryan xəstəxanadan evə buraxılıb.

Axar.az xəbər verir ki, bu barədə onun qızı Vera Xaçatryan erməni mediasına bildirib.

O deyib ki, atasının vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, Xaçatryan 2023-cü ilin avqustunda saxlanılmış və barəsində həbs qərarı verilmişdi. O, bir çox cinayətlərdə, o cümlədən azərbaycanlılara qarşı soyqırımda ittiham edilib.

Bu il 14 yanvarda Azərbaycan Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorq Rubenoviç, Davtyan David Tiqrani və Euljekyan Vigen Abrahamı Ermənistana təhvil verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью