Azərbaycanın tələblərinin yerinə yetrilməsi Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına töhfə verəcək

10.01.2025

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibəsi Azərbaycan-Rusiya münasibətlərinin prioritetlərini və Bakının Moskva qarşısında irəli sürdüyü tələbləri yenidən gündəmə gətirdi.
Newscenter.az xəbər verir ki, bu fikirləri YAP üzvü Mətanət Qəribova deyib. O bildirib ki. Prezident İlham Əliyevin çıxışı Azərbaycanın Rusiyadan həm beynəlxalq hüququn tələblərinə uyğun siyasət yürütməsini, həm də regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsində ədalətli rol oynamasını gözlədiyini bir daha təsdiqlədi:
"Bu tələblərin yerinə yetirilməsi yalnız ikitərəfli münasibətlərin möhkəmlənməsinə deyil, həm də Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına töhfə verəcəkdir".
Anar Əliyev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью