Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.
Bu barədə Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Tokayev ilə mətbuata bəyanatında məlumat verib.
"Qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub.
Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir", - dövlət başçısı bildirib.
Ermənistan rəsmiləri Prezident İlham Əliyevin açıqlamasını müsbət qarşılayıblar.
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan liderinə təşəkkür edib.
O, İrəvanın Azərbaycan və Türkiyə ilə ikitərəfli tranziti təmin etməyə hazır olduğunu bildirib.