Icma.az, Apa.az saytına istinadən bildirir. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə dəmiryol nəqliyyatı sahəsində nəqliyyat əməliy
Azərbaycanın coğrafi mövqeyi ölkənin beynəlxalq tranzit daşımalarda mövqeyini gücləndirir Əlverişli coğrafi mövqeyinə görə Şərq-Qərb və Şima
Bu potensialdan səmərəli istifadə edilməsi ölkəmizə strateji siyasi və iqtisadi qazanclar gətirməklə yanaşı, Azərbaycanın dünyanın vacib tra
Bu gün qlobal ticarətin böyük əksəriyyəti, təxminən 80-90%-i okeanlar və açıq dənizlər vasitəsilə aparılır.
Bunu nəzərə alaraq, dünya sularına birbaşa çıxışı olmayan Azərbaycan üçün nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və mümkün yerüstü regional nəqliyyat şəbəkələrinə qoşulmaqla açıq dənizlərə etibarlı və davamlı çıxışın əldə edilməsi strateji əhəmiyyətə malikdir.
Bu baxımdan, qlobal miqyasda Şərqi Asiya ilə Avropanı birləşdirən, regional miqyasda isə Xəzər hövzəsi ölkələrini Qara və Aralıq dənizləri vasitəsilə dünya okeanına çıxaran Şərq-Qərb marşrutu, xüsusilə də onun əsas halqası olan multimodal Orta Dəhlizin xüsusi əhəmiyyəti vardır.
Dəmiryol nəqliyyatının inkişafı və liman infrastrukturunun inteqrasiyası Orta Dəhlizin potensialının artımının əsas amilləridir Yerüstü nəqliyyatın ən ucuz, ən etibarlı və təbiətin təsirlərinə ən az məruz qalan növü olan dəmir yolları əsasən quru ərazilərdən keçən Orta Dəhlizin də əsas “onurğa sütunu”nu təşkil edir.
Hazırda Çindən və Orta Asiya regionundan gələn tranzit yüklərin əksər hissəsi Qazaxıstanın Aktau, Kurık və Türkmənistanın Türkmənbaşı limanlarından çıxıb gəmi və bərələrlə Xəzər dənizini üzüb keçərək Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə ölkəmizə daxil olur.