Icma.az bildirir, Azvision saytına əsaslanaraq.
Brest, Qrodno və Minsk şəhərlərində keçirilən seminarların hər birinə turizm agentlikləri, turoperatorlar və digər turizm sənayesi nümayəndələri olmaqla 40 nümayəndə qatılıb. Ümumilikdə tədbirlərdə Belarusun turizm sektorunun 120 nümayəndəsi iştirak edib.
Seminarlar çərçivəsində Azərbaycan Turizm Bürosunun təqdimatlarında ölkəmizin zəngin mədəni irsi, qastronomiya ənənələri, sağlamlıq turizmi, təbiət və aktiv istirahət imkanları haqqında ətraflı məlumat verilib. Qarşıdan gələn qış mövsümü ilə əlaqədar Azərbaycanın qış turizmi potensialına, o cümlədən Şahdağ və Tufandağ turizm komplekslərində xizək və istirahət imkanlarına xüsusi diqqət yetirilib. Həmçinin iştirakçılara ölkəmizin əsas turizm istiqamətləri və hotel infrastrukturu təqdim olunub.
Tədbirlər çərçivəsində “Absheron Hotel Group”un (AHG) nümayəndəsi şirkətin müxtəlif kateqoriyalı hotelləri, eləcə də ölkəmizdə mövcud yerləşmə və istirahət imkanları haqqında təqdimatla çıxış edib. Belarusun aparıcı turoperatorları isə Azərbaycana təşkil olunan mövcud tur paketləri və səyahət marşrutlarını təqdim edərək müxtəlif turist qruplarının maraqlarına uyğun turizm məhsullarının hazırlanması imkanlarını diqqətə çatdırıblar.
Silsilə seminarlar ATB-nin Belarus turizm bazarında Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi, yerli turizm sənayesi nümayəndələri ilə tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və ölkəmizin ilboyu turizm istiqaməti kimi təbliği istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır. Qalereya
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Seminarlar çərçivəsində Azərbaycan Turizm Bürosunun təqdimatlarında ölkəmizin zəngin mədəni irsi, qastronomiya ənənələri, sağlamlıq turizmi, təbiət və aktiv istirahət imkanları haqqında ətraflı məlumat verilib. Qarşıdan gələn qış mövsümü ilə əlaqədar Azərbaycanın qış turizmi potensialına, o cümlədən Şahdağ və Tufandağ turizm komplekslərində xizək və istirahət imkanlarına xüsusi diqqət yetirilib. Həmçinin iştirakçılara ölkəmizin əsas turizm istiqamətləri və hotel infrastrukturu təqdim olunub.