Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ölkəmiz hər iki dövləti bir araya gətirib barışdırmaq potensialına malikdirTürkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib.
İlk böhran zamanı biz fəal rol oynadıq ki, bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdıraq.Bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.Hər iki ölkənin Azərbaycanın yaxın dostu olduğunu diqqətə çatdıran dövlətimizin başçısı əlavə edib:“Türkiyə ilə müttəfiq ölkəyik.
Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi olaraq müttəfiqik".İsrailin də Azərbaycan üçün dost ölkə olduğunu vurğulayan Prezident deyib ki, bu qarşılıqlı dostluq müxtəlif çətin vəziyyətlərdə uzun illərdir özünü büruzə verib:"Ona görə də bu iki ölkə arasında olan hər hansı bir anlaşılmazlıq bizi narahat edir".Politoloq Samir Hümbətov "Sherg.az"a bildirib ki, Azərbaycan İsrail və Türkiyə arasında münasibətlərin normallaşması üçün daha öncə də addımlar atıb:"HƏMAS-ın İsrailə hücumundan əvvəl Türkiyə və İsrail arasında əlaqələrin normallaşması üçün addımlar atıldı.
Hətta səfirliklər fəaliyyətə başladı. Həmçinin İsrail baş naziri Benyamin Netanyahu və Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilməsinin şa
Eyni zamanda İsrail Prezidenti İsaak Herzoq da Türkiyəyə səfər etmişdi.
Bütün bunların arxa planında Azərbaycanın çox ciddi rolunun olduğunu deyə bilərik.
Çünki rəsmi Bakı həm Türkiyə, həm də İsraillə geniş strateji müttəfiqliyə malikdir.