Azərbaycanın Türkiyədəki səfirliyində bayraqlar yarıya qədər endirilib

22.01.2025

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın Türkiyədəki səfirliyi Bolu vilayətindəki yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar elan olunmuş matəm çərçivəsində bayraqları yarıya qədər endirib.

“Report” xəbər verir ki, bu barədə səfir Rəşad Məmmədov “X” sosial şəbəkəsində yazıb.

"Qardaş Türkiyə ilə həmrəylik əlaməti olaraq Bolunun Kartalkaya xizək kurortundakı hoteldə baş verən yanğında insanların həlak olması ilə əlaqədar elan edilmiş birgünlük milli matəm çərçivəsində bayraqlarımızı yarıya qədər endirdik. Bu faciədə həlak olanların yaxınlarına və bütün türk xalqına bir daha başsağlığı veririk. Allah rəhmət eləsin", - paylaşımda qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью