Azərbaycanın Türkiyəyə qeyri neft ixracı 17% artıb

08.06.2026

Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Türkiyəyə qeyri-neft məhsullarının ixracı illik müqayisədə 31 milyon 616 min dollar və ya 16,9% artıb.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-aprel aylarında Türkiyəyə qeyri-neft ixracının dəyəri 219 milyon 294 min dollar təşkil edib. 

2025-ci ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 187 milyon 678 min dollar olub. 

Qeyd edək ki, ilk 4 ayda Azərbaycanın ümumi qeyri-neft ixracının dəyəri isə 4 milyard 698 milyon 786 min dollara bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью