Azərbaycanın tütün ixracından gəliri 15% azaldı

02.05.2025

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu ilin birinci rübündə Azərbaycan 9,7 milyon dollar dəyərində tütün və tütün məmulatları ixrac edib.

Bu barədə Yenisabah.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Hesabat dövründə ölkənin tütün ixracından gəliri 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,5% azdır.

Əlavə edək ki, bu dövrdə tütün ixracı Azərbaycanın ümumi ixracının 0,15%-ni təşkil edib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью