Azərbaycanın tütün ixracından gəliri bu qədər oldu

03.01.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 118,852 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,1 % çoxdur.

Hesabat dövründə Azərbaycandan 58,581 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib. Bu isə 1 il əvvələ nisbətən 11,9 % çoxdur.

Tütün və tütünün sənaye əvəzediciləri üzrə idxal Azərbaycanın ümumi idxalının 0,56 %-ni, ixrac isə ümumi ixracın 0,25 %-ni təşkil edib.

Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 44 milyard 589 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2024-cü ilin eyni dövrünə nisbətən 3,4 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 23 milyard 401 milyon ABŞ dolları ixracın, 21 milyard 188 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 3,85 % azalıb, idxal isə 12,9 % artıb.

Son nəticədə xarici ticarətdə 2 milyard 213 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,5 dəfə azdır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью