Azərbaycanın U 15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

09.10.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 9 oktyabr, AZƏRTAC

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Bakıda təlim-məşq toplanışı olacaq.

AFFA-dan AZƏRTAC-a bildirilib ki, yığma oktyabrın 16-dan 18-dək Dalğa Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.

Daha sonra isə komanda oktyabrın 19-dan 27-dək Maltada təşkil olunacaq UEFA İnkişaf Turnirində iştirak edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью