Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın 16 yaşadək futbolçualardan ibarət millisi III MDB Oyunlarında finala yüksəlib.
QOL.az xəbər verir ki, Aqil Nəbiyevin çalışdırdığı komanda A qrupunda Qırğızıstan millisi ilə üz-üzə gəlib.
Qəbələ şəhər stadionunda keçirilən oyun Azərbaycan millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Tunar Bayramov Əli Bəşirov (dubl) və Roman Fərzəli vurub.
U-16 finalda Rusiya və Özbəkistan arasında keçiriləcək matçın qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, futbol yarışlarına oktyabrın 4-də yekun vurulacaq.